Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qızımın toyu olandan yanına getməmişəm, zəngini açmamışam''

''Qızımın toyu olandan yanına getməmişəm, zəngini açmamışam''

Tarix: 5 Dekabr 2025 16:20

Bir neçə ay əvvəl qızını gəlin köçürən bədii qiraətçi Natiq Dağlaroğlu mövzu ilə bağlı maraqlı açıqlamalar verib.

Sonxeber.net-ın məlumatına görə, sənətçi bildirib ki, övladlarını həmişə düzgün tərbiyə etdiyini düşünür və qızının yeni ailəsinə uyğunlaşmasını vacib sayır:

"Mən elə övladlar böyütməmişəm. Qız gəlin köçdüyü evə əvvəlcə uyğunlaşmalıdır, sonra atasını görməlidir. O artıq mənim qızım deyil, amma canımdan candır. Artıq qayınana-qayınatasına öyrəşməlidir. Zəngini belə açmıram. Toy səhəri gedib qızının vəziyyətini yoxlayan atalar var. Bu, doğru deyil. Qızım rahatlığını tapandan sonra lazım olsa, bir gündə 10 dəfə gedərəm", - deyə o bildirib.

Daha sonra proqrama telefonla bağlanan qızı atasının sözlərini təsdiqləyib:

"Atamın 5 qızı var, amma məni fərqli böyüdüb. Qız deyil, oğul olmuşam. Hər zaman atamla çiyin-çiyinə olmuşuq".

Ata və qızının bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirə olunub.

Musa


Etiketlər:  Qızımın toyu olandan yanına getməmişəm zəngini açmamışam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ