Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yatmazdan əvvəl bu çayı için - möcüzəvi FAYDALARI

Yatmazdan əvvəl bu çayı için - möcüzəvi FAYDALARI

Tarix: 6 Dekabr 2025 03:03

Çobanyastığı (çobanyastığı) çayı uzun illərdir sakitləşdirici və rahatlaşdırıcı təsiri ilə tanınır.

Sonxeber.net xəbər verir ki, xüsusilə yatmazdan əvvəl içildikdə bir sıra müsbət təsirləri ilə seçilir:

1. Gərginliyi azaldır

Çobanyastığı çayı sinir sistemini sakitləşdirir, stress və narahatlığı azaldır. Bu da yuxuya daha rahat getməyə kömək edir.

2. Yuxu keyfiyyətini artırır

Tərkibindəki təbii antioksidantlar və sakitləşdirici maddələr sayəsində orqanizmi rahatlaşdırır və daha dərin, keyfiyyətli yuxu təmin edir.

3. Mədə-bağırsaq sisteminə yaxşı təsir edir

Axşam içilən çay həzmi yüngülləşdirir, mədə turşuluğunu azaldır və şişkinlik hissini aradan qaldırır.

4. Baş və əzələ ağrılarını azaldır

Sakitləşdirici təsiri səbəbilə baş ağrısı, yüngül miqren və əzələ gərginliyini yumşalda bilər.

5. İmmuniteti gücləndirir

Təbii antiseptik və iltihabəleyhinə xüsusiyyətləri immun sisteminin fəaliyyətini dəstəkləyir.

6. Ürək döyüntülərini sakitləşdirir

Gərginlikdən yaranan ürək döyüntüsü sürətlənməsini azaltmağa kömək edə bilər.

7. Tənəffüsü yüngülləşdirir

Soyuqdəymə və yüngül öskürək zamanı nəfəs yollarını rahatlaşdırır, bu da yuxu zamanı rahatlığı artırır.

Hüseyn


Etiketlər:  Yatmazdan əvvəl çayı için möcüzəvi FAYDALARI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ