Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mənim mahnılarımdan kabab iyi gəlir''

''Mənim mahnılarımdan kabab iyi gəlir''

Tarix: 6 Dekabr 2025 01:05

Müğənni Kəmalə Günəşli səhnə fəaliyyəti və oxuduğu janrla bağlı diqqətçəkən açıqlama verib.

Sonxeber.net xəbər verir ki, sənətçi repertuar seçimində kommersiya amilinin rol oynadığını etiraf edib.

Kəmalə Günəşli bildirib ki, bu janrı sırf çörək qazanmaq üçün seçib:

"Çörək qazanmaq üçün bu janrı seçmişəm. Mənim mahnılarımdan kabab iyi gəlir. Onlar sənət əsərləri deyil, bunu deyə bilmərəm. Amma mahnılarım elə də pis deyil".

Müğənni əlavə edib ki, ifa etdiyi mahnılar fərqli auditoriya tərəfindən bəyənilir və onu müxtəlif məclislərə dəvət edirlər.

Onun sözlərinə görə, ziyalılar və dövlət işçiləri də toylarda onun ritmik mahnılarına oynayıblar:

"Ziyalı, müəllim, dövlət işçilərinin toylarına da getmişəm. 'Çini-çaydan' mahnıma oynayıblar. Hamısı da kostyum-qalstukda, müasir insanlar olublar".

Kəmalə Günəşlinin səmimi açıqlamaları sosial mediada da müzakirələrə səbəb olub.

Musa


Etiketlər:  Mənim mahnılarımdan kabab gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ