Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Dedim iynəni vurum ki, hambal kimi işləyim” - Rafael Ağayev - VİDEO

“Dedim iynəni vurum ki, hambal kimi işləyim” - Rafael Ağayev - VİDEO

Tarix: 5 Dekabr 2025 19:46

Tanınmış karateçi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev Azərbaycan Karate Federasiyası ilə arasında olan problemdən danışıb.

Sonxeber.net xəbər verir ki, o, Azerisport.com saytına bu barədə açıqlama verib: 

"İdmançılar mənə "like" qoyanda maaşların kəsirdilər. Deyirdilər ki, "baxın Rafael çox danışır". Deyən yox idi ki, düz danışır. Danışmalıyam da, dinləyə yox, sayan yox... Avropa, dünya çempionatı olanda zədəli-zədəli çıxıb döyüşürdüm. Bir gün ayağıma dərman istədim. Mənə bilirsiz nə dedilər? "Sən bizi bezdirmisən" cavabın verdilər.

Amma o iynə mənə lazım idi. Mən onlara demədim ki, maşın alın, ev verin, zədəmi müalicə etdirmək istədim. Dedim ki, iynəni vurum ki, hambal kimi işləyim. Lakin Avropa Oyunlarında 150 min manat, İslam Oyunlarında 150 min manat, Olimpiya Oyunlarında 300 min manat qazananda dedilər ki, ortaya pul qoyun. Hamıya həmin puldan verəcəyik. Bəs, mən hazırlaşanda "hamı" harda idi?". 


Etiketlər:  Dedim iynəni vurum hambal kimi işləyim Rafael Ağayev VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ