Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Efirə göndərilən bu əşya Zenfiranı göz yaşlarına boğdu - VİDEO

Efirə göndərilən bu əşya Zenfiranı göz yaşlarına boğdu - VİDEO

Tarix: 5 Dekabr 2025 19:50

Müğənni Zenfira İbrahimova "Günə Uğurla" verilişində emosional anlar yaşayıb.

Sonxeber.net xəbər verir ki, proqram zamanı ona anasının sevimli əşyası təqdim olunub və sənətçi həmin anda göz yaşlarını saxlaya bilməyib.

Zenfira anası haqqında danışarkən duyğularını belə ifadə edib:

"Anaların sağlığında qədrini bilin, öpüb qoxlayın. Onu çox axtaracaqsınız. Hər şeyim anamla bağlı idi. Dünyasını dəyişəndən sonra nə evin, nə işin, nə də yeməyin dadı olur. İnsan tənha qalır, hər şeydən kü­sür. Övladı əvəz etmək olar, amma ananı yox. Onun bəzi əşyaları var, evimdə bir guşədə saxlayıram".

Sənətçinin efirdəki kövrək açıqlaması izləyiciləri təsirləndirib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musa


Etiketlər:  Efirə göndərilən əşya Zenfiranı göz yaşlarına boğdu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ