Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2025 23:20
2026 Dünya Çempionatı turnirinin püşkatma mərasimi baş tutdu.
Sonxeber.net xəbər verir ki, püşkatma nəticələri bu cürdür:
A qrupu: Meksika (ev sahibi), Cənubi Koreya, Cənubi Afrika Respublikası, Danimarka/Makedoniya - Çexiya/İrlandiya.(biri)
B qrupu: Kanada (ev sahibi), İsveçrə, Qətər, İtaliya/Şimali İrlandiya/Uels/Bosniya (biri)
C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti
D qrupu: ABŞ (ev sahibi), Avstraliya, Paraqvay, Türkiyə/Rumıniya/Slovakiya/Kosovo (biri)
E qrupu: Almaniya, Ekvador, Fil Dişi Sahili, Kurasao
F qrupu: Niderland, Yaponiya, Tunis, Ukrayna/İsveç/Polşa/Albaniya (biri)
G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya
H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde
İ qrupu: Fransa, Seneqal, Norveç, Boliviya/Surinam/İraq (biri)
J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Yeni Kaledoniya/Yamayka/DR Konqo (biri)
L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana
Xatırladaq ki, Beynəlxalq Futbol Federasiyası (FIFA) Dünya Çempionatının final mərhələsinin püşkatması üçün səbətlərin yekun tərkibini bu cür açıqlamışdı:
1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Hollandiya, Belçika və Almaniya;
2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya və Avstraliya;
3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fil Dişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı və Cənubi Afrika;
4-cü səbət: İordaniya, Kabo-Verde, Qana, Kyurasao, Haiti, Yeni Zelandiya və pley-offa vəsiqə qazanacaq 6 komanda.
A yolu: İtaliya/Şimali İrlandiya - Uels/Bosniya və Herseqovina.
B yolu: Ukrayna/İsveç - Polşa/Albaniya.
C yolu: Türkiyə/Rumıniya - Slovakiya/Kosovo.
D yolu: Danimarka/Makedoniya - Çexiya/İrlandiya.
Qitələrarası pley-off
A yolu: Yeni Kaledoniya - Yamayka/DR Konqo.
B yolu: Boliviya/Surinam/İraq.
Xatırladaq ki, pley-offun yarımfinalları 26 mart 2026-cı il, final oyunları isə 31 mart 2026-cı ildə keçiriləcək.
Futbol üzrə Dünya Çempionatının final mərhələsi 2026-cı ilin iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada keçiriləcək .