Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' onunla bağlı yeni qərar verdi

''Barselona'' onunla bağlı yeni qərar verdi

Tarix: 6 Dekabr 2025 12:58

"Barselona" klubu müdafiəçisi Erik Qarsiya ilə müqaviləsinin müddətini uzadıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat paylaşılıb.

Yeni müqavilənin müddəti 30 iyun 2031-ci ilə qədər nəzərdə tutulub.

"Bu qərar "La Masia"da yetişmiş və gənc futbolçulara gözəl nümunə olan futbolçuya inamın ifadəsidir. Onun oyunu, yetkinliyi və işə sadiqliyi kluba bağlılığının güclənməsində həlledici rol oynayıb. Erik Qarsiya öz istedadını, liderlik keyfiyyətlərini və sabitliyini nümayiş etdirməyə davam edəcək. Bugünkü elan həm klub, həm də azarkeşlər üçün sevindirici bir hadisədir", - deyə klubun məlumatında qeyd olunub.

Qeyd edək ki, 24 yaşlı müdafiəçi bu mövsüm İspaniya La Liqasında 15 oyun keçirib və bir qol vurub.


Etiketlər:  Barselona onunla bağlı yeni qərar verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ