Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

Tarix: 6 Dekabr 2025 11:10

Prezident İlham Əliyev Finlandiya Prezidenti Aleksandr Stubba ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Sonxeber.net xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələr bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".


Etiketlər:  İlham Əliyev finlandiyalı həmkarını təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ