Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski onu vəzifələrindən uzaqlaşdırdı

Zelenski onu vəzifələrindən uzaqlaşdırdı

Tarix: 6 Dekabr 2025 11:51

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTX) tərkibində və Ali Baş Komandanlığın qərargahında dəyişikliklər edib.

Sonxeber.net-ın məlumatına görə, dövlət başçısı bununla bağlı müvafiq fərmanlar imzalayıb.

Sənədlərdə bildirilir ki, qərar dərc olunduğu andan qüvvəyə minir. Lakin Yermakın adı çəkildiyi strukturlardan çıxarılmasının səbəbləri açıqlanmır.

Qeyd edək ki, Prezident Ofisinin sabiq rəhbəri Andrey Yermak korrupsiya qalmaqalı fonunda vəzifəsindən istefa vermişdi. Zelenski onun istefasını qəbul etmişdi. Ardınca Xarkov vilayətinin Hərbi-mülki Administrasiyasının Daxili İşlər İdarəsi Yermaka qarşı cinayət işi açıldığı barədə məlumat yaymışdı.

Hüseyn


Etiketlər:  Zelenski vəzifələrindən uzaqlaşdırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ