Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölkəyə gətirilən elektrik avtomobilləri ilə bağlı qərar verildi

Ölkəyə gətirilən elektrik avtomobilləri ilə bağlı qərar verildi

Tarix: 23 Oktyabr 2025 15:24

Gələn il Azərbaycana gətirilən elektrik avtomobilləri ƏDV-dən azad ediləcək.

Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı gələn ildən bir il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.

Bu qərar "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin həm ölkəyə gətirilməsi, həm də daxili bazarda satışı ƏDV-dən azad ediləcək.

Qeyd edək ki, bu addımın məqsədi Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin sayını artırmaq və ətraf mühitə zərərin azaldılmasına töhfə verməkdir.


Etiketlər:  Ölkəyə gətirilən elektrik avtomobilləri ilə bağlı qərar verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ