Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2025 18:05
Zaur Kamalın aparıcılıq etdiyi verilişdə maraqlı anlar yaşanıb.
Sonxeber.net xəbər verir ki, proqrama oğlu ilə birlikdə qatılan müğənni Rahidə Baxışova aparıcının gözlənilməz açıqlaması ilə diqqət mərkəzinə düşüb. Zaur Kamal efirdə bildirib ki, sənətçinin oğlunu uşaq yaşlarından tanıyır və onu əvvəllər də gördüyünü iddia edib.
Aparıcının bu sözləri qarşısında Rahidə Baxışova deyilənləri təkzib etməyə çalışıb. O, Zaur Kamalın tanıdığı şəxsin oğlu yox, köməkçisi olduğunu deyərək mövzudan yayınmağa cəhd edib.
Efirdə yaşanan bu dialoq studiyada gülüş və maraq doğurub, sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.
Musa