Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2025 15:03
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə məhkumla qısamüddətli görüşə gəlmiş həyat yoldaşının üzərinə və əşyalarına baxış keçirilən zaman ona məxsus əl çantasında gizlədilmiş 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar olunaraq müəssisəyə keçirilməsinin qarşısı alınıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.