Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naxçıvanda istehlakçılara 4 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb

Naxçıvanda istehlakçılara 4 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb

Tarix: 15 Dekabr 2025 15:32

Bu ilin yanvar – noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası üzrə istehlakçılara 1,6 milyon manatdan çox əlavə dəyər vergisi (ƏDV) məbləği geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz çoxdur.

Sonxeber.net xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 3,9 milyon manatdan çox olub.

"Bundan başqa, yeni nəsil nəzarət – kassa aparatlarından (NKA) istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2025-ci ilin 11 ayında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 457 milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 91 milyon manat və ya 24,9 faiz çoxdur", - məlumatda qeyd edilib.


Etiketlər:  Naxçıvanda istehlakçılara milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ