Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2025 14:48
Cari ilin ilk 9 ayı ərzində Asiya İnkişaf Bankı (AİB) tərəfindən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 5,464 milyon ABŞ dolları təşkil edib.
Sonxeber.net bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 14,396 milyon dollar və ya 3,6 dəfə azdır.
Ötən ilin yanvar-sentyabr aylarında Asiya İnkişaf Bankının Azərbaycana birbaşa xarici investisiyaların həcmi 19,860 milyon dollara bərabər idi.
Hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində AİB-dən olan investisiyaların payı 0,1% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.