Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bavariya'' Noyeri itirdi

''Bavariya'' Noyeri itirdi

Tarix: 15 Dekabr 2025 16:58

"Bavariya"nın qapıçısı Manuel Noyer zədələnib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bundesliqanın 14-cü turunda "Maynts"la oyundan (2:2) zədələnən 39 yaşlı qapıçıya sağ bud əzələsinin cırılması diaqnozu qoyulub. Onun bərpa müddəti ilə bağlı açıqlama verilməsə də, Almaniya mətbuatının yaydığı xəbərlərə görə, qolkiper ən azı növbəti matçı buraxacaq.

Qeyd edək ki, Manuel Noyer bu mövsüm "Bavariya"nın heyətində 25 rəsmi matçda iştirak edib.


Etiketlər:  Bavariya Noyeri itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ