Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2025 18:26
İspaniyanın "Ovyedo" klubu uğursuz nəticələr fonunda baş məşqçi Luis Karrionla yollarını ayırıb.
QOL.az xəbər verir ki, 2025-ci ilin oktyabrından komandanı çalışdırmağa başlayan mütəxəssis rəhbərliyin gözləntilərini doğrulda bilməyib. Belə ki, onun baş məşqçiliyi dövründə keçirilən 9 oyunda komanda bir dəfə də olsa qalib gəlməyib: 4 heç-heçə, 5 məğlubiyyət. Bu səbəbdən klub mütəxəssisin xidmətlərindən yararlanmağı dayandırıb.
Bildirilir ki, klub rəhbərliyinin səbrini daşıran son damla isə La Liqada Sevilyaya 0:4 hesablı ağır məğlubiyyət olub.
Qeyd edək ki, klubun qarşıdan gələn şənbə günü “Selta” ilə keçiriləcək vacib oyununadək yeni baş məşqçi təyinatının açıqlanacağı bildirilir.