Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2025 18:35
Şair Nazilə xına mərasimləri ilə bağlı açıqlaması ilə gündəmə gəlib.
Sonxeber.net-ın məlumatına görə, "Rəngarəng" verilişində qonaq olan sənətçi təşkil etdiyi xına gecələrinin maliyyə tərəflərindən danışıb.
O, indiyədək 55 min manatlıq xına mərasimi təşkil etdiyini etiraf edib və bu məbləğin şəxsi qazancı olmadığını bildirib.
Nazilənin sözlərinə görə, sözügedən məbləğin böyük hissəsi mərasimin təşkilinə xərclənir:
"Bu pullar mənə aid deyil. Mənim qazancım cəmi 3500 manat olur. Çəkiliş heyətinə 4 min manat verilir, ansambl 3200 manat alır. İki Xalq artistinin qonorarları ümumilikdə 20 min manat təşkil edir. Rəqqasələrə hərəsinə 100 manat ödənilir. Dekor xərcləri isə 2 mindən başlayaraq 22 min manata qədər yüksəlir. Bundan başqa, oriental DJ, davul-zurna dəstəsi dəvət olunur və onların da hər birinə ayrıca ödəniş edilir".
Səfərli əlavə edib ki, ümumi xərclər bəzən çox yüksək məbləğə çatır və bütün bu rəqəmlərə baxmayaraq, yekun məbləğin adı onunla hallanır:
"Ümumi xərc təxminən 55 min manat kimi göstərilir, amma bu məbləğin mənə heç bir aidiyyəti yoxdur. Sadəcə, məbləğin adı mənimlə çıxır".