Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2025 15:45
Müğənni Nura Suri bir müddət əvvəl Mədəniyyət Nazirliyi ilə bağlı səsləndirdiyi fikirlərə dair yeni açıqlama verib.
Sonxeber.net-ın məlumatına görə, sənətçi sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, hər bir problemin gec-tez nəticəsi olur və bu nəticənin müsbət və ya mənfi olmasından asılı olmayaraq, əsas olan reaksiya göstərilməsidir.
Nura Suri qeyd edib ki, nazirliyə ünvanladığı rəsmi müraciətə nə məktub, nə də elektron poçt vasitəsilə cavab alıb. Bununla belə, dekabrın 10-da Mədəniyyət Nazirliyinə dəvət olunduğunu və orada müəyyən məsələlərin müzakirə edildiyini açıqlayıb. O, problemlərin tam həll edilib-edilmədiyinə hələ əmin olmadığını, amma bu addımın da bir nəticə olduğunu vurğulayıb.
Müğənni əlavə edib ki, həm özünün, həm də sənət yoldaşlarının qaldırdığı məsələlərə diqqət yetirilməsi və səslərinin eşidilməsi bu aktivliyin nəticəsidir.
Xatırladaq ki, daha əvvəl Nura Suri, Almaxanım Əhmədova və bir sıra digər sənət adamları dövlət tədbirlərinə dəvət olunmamaları ilə bağlı narazılıqlarını ictimai şəkildə dilə gətirmişdilər.