Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransadan Azərbaycana pul köçürmələri 3 dəfəyə yaxın artıb

Fransadan Azərbaycana pul köçürmələri 3 dəfəyə yaxın artıb

Tarix: 15 Dekabr 2025 16:20

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Fransaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,857 milyon ABŞ dolları təşkil edib.

Sonxeber.net-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,076 milyon ABŞ dolları və ya 35% azdır.

Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Fransanın payı 1,1% təşkil edib.

Həmçinin cari ilin ilk 9 ayında Fransadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 19,027 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 12,192 milyon ABŞ dolları və ya 2,8 dəfə artım deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Fransanın payı 2,2% təşkil edib.

2024-cü ilin ilk 9 ayında Azərbaycandan Fransaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,933 milyon ABŞ dolları, əks istiqamətdə isə 6,835 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları və ya 11,5% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya 0,2% çoxdur.


Etiketlər:  Fransadan Azərbaycana köçürmələri dəfəyə yaxın artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ