Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2025 14:32
Azərbaycan və Anqola arasında viza ilə bağlı saziş təsdiqlənib.
Sonxeber.net xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Qanun imzalayıb.
Qanuna əsasən, 2025-ci il sentyabrın 25-də Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" təsdiq edilib.