Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ şirkəti Azərbaycana “yaşıl enerji” layihələri üzrə yarım milyon manatlıq məsləhət verəcək

ABŞ şirkəti Azərbaycana “yaşıl enerji” layihələri üzrə yarım milyon manatlıq məsləhət verəcək

Tarix: 15 Dekabr 2025 15:36

Energetika Nazirliyi ABŞ-nin "White & Case LLP" şirkəti ilə yeni müqavilə bağlayıb.

Sonxeber.net-in məlumatına görə, müqavilədə bərpa olunan enerji layihələrinin reallaşdırılması və bu sahədə daha əvvəl imzalanmış müqavilələrdən irəli gələn məsələlərin hüquqi müşayiətinin aparılması nəzərdə tutulur.

Belə ki, ABŞ-nin “White and Case” LLP şirkəti sözügedən layihədə beynəlxalq məsləhətçi şirkət kimi cəlb edilib.

Nazirlik bunun müqabilində şirkətə 453 min manat ödəyib.

Qeyd edək ki, Energetika Nazirliyi sözügedən ABŞ şirkəti ilə daha əvvəl də eyni xidmətlər üzrə müqavilələr bağlayıb.


Etiketlər:  ABŞ şirkəti Azərbaycana yaşıl enerji layihələri üzrə yarım milyon manatlıq məsləhət verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ