Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2025 03:03
Qusarın Yuxarı Ləyər kəndində baş vermiş yol qəzasında ölənlər ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Şair Ramaldanovun qardaşı, İlham Ramaldanovun ailə üzvləridir.
Sonxeber.net-in məlumatına görə, bu barədə hərbi ekspert Üzeyir Cəfərov "Facebook" səhifəsində yazıb.
O bildirib ki, qəza zamanı İ.Ramaldanovun qızı Tamilla Ramaldanova və ailənin yaxın üzvlərindən olan 43 yaşlı C.Bağırova ölüblər.
Hadisə zamanı ailənin daha 4 üzvü müxtəlif xəsarətlər alıblar.
xxx
16:55
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Sonxeber.net-ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşdığı və vətəndaşın nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan 1 nəfər qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.