Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2025 04:06
Baş ağrısından əziyyət çəkənlər üçün həkimlər bir neçə sadə və sürətli üsul tövsiyə edirlər.
Sonxeber.net xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu metodlar dərman qəbul etmədən ağrını qısa zamanda yüngülləşdirə bilər.
Tövsiyə olunan üsullar:
Gözləri və başı 5-10 dəqiqə dincəltmək, ekranlardan uzaq durmaq;
Alın və gicgah nahiyəsinə soyuq kompres qoymaq;
Boyun və çiyin əzələlərini yüngül masaj etmək;
Bir stəkan su içmək, çünki susuzluq da baş ağrısını artırır;
Qısa təmiz hava gəzintisi etmək və dərin nəfəs məşqləri.
Mütəxəssislər bildirirlər ki, bu metodlar çox zaman ağrını yüngülləşdirməyə kömək edir, lakin baş ağrısı tez-tez təkrarlanarsa, mütləq həkimə müraciət edilməlidir.
Hüseyn