Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən faydalı ət

Ən faydalı ət

Tarix: 15 Dekabr 2025 03:03

Dovşan əti ən dietik və faydalı ət növüdür.

Sonxeber.net-ın xarici mətbuata istinadən məlumatına görə, onun tərkibində zülal miqdarı 21 faiz təşkil edir ki, bu göstərici üzrə dovşan əti, hətta toyuq ətini də qabaqlayır.

Mütəxəssislər bildirirlər ki, dovşan əti insan orqanizmi tərəfindən 90 faiz həcmində mənimsənilir. Onun tərkibində digər ət növləri ilə müqayisədə daha çox vitamin və mineral var. Ən böyük üstünlüklərindən biri isə hipoallergen olmasıdır. Buna görə də, dovşan əti xüsusilə kiçik uşaqlar üçün tövsiyə edilir.

Qeyd edək ki, digər ət növlərində zülal və mənimsənilmə göstəriciləri isə belədir:

- Toyuq əti: Zülal - 20-21%, mənimsənilmə - 83-85%
- Hind quşu əti: Zülal - 20-21%, mənimsənilmə - 82-84%
- Dana əti: Zülal - 18-20%, mənimsənilmə - 75-80%
- Mal əti: Zülal - 16-19%, mənimsənilmə - 70-75%
- Qoyun əti: Zülal - 16-18%, mənimsənilmə - 70-75%
- Donuz əti: Zülal - 15-17%, mənimsənilmə - 65-70%
- Balıq əti: Zülal - 16-22% (növündən asılı olaraq), mənimsənilmə - 90-93%  /Axşam.az


Etiketlər:  faydalı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ