Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2025 04:06
ABŞ-da yüksək qan təzyiqinin müalicəsində istifadə olunan "Ziac" adlı dərmanla bağlı geniş miqyaslı geri çağırma prosesi başlayıb.
Sonxeber.net xəbər verir ki, Qida və Dərman Administrasiyası (FDA) bildirir ki, adi laboratoriya testləri zamanı preparatın tərkibində ona məxsus olmayan başqa bir aktiv maddənin izləri aşkar edildiyi üçün 11 minə yaxın şüşə dərman apteklərdən geri toplanır.
FDA-nın məlumatına görə, tərkibində bisoprolol fumarat və hidroxlortiazid olan "Ziac" dərmanının bəzi partiyalarında xolesterolu salmaq üçün istifadə edilən ezetimib maddəsinin qalıqları aşkarlanıb. Bu maddə preparatın rəsmi formulunda yer almır və istehsal prosesi zamanı baş verən çarpaz çirklənmə ehtimal edilir.
Araşdırmalar göstərir ki, həm "Ziac", həm də ezetimib ehtiva edən digər dərmanlar Nyu-Cersi ştatındakı Glenmark Pharmaceuticals zavodunda eyni istehsal sahəsində emal edilib. Bu da maddələrin qarışması riskini artırıb. Şirkət vəziyyəti aşkar etdikdən sonra FDA-ya məlumat verib və könüllü olaraq geri çağırmanı başladıb.