Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şarja–Bakı reysi ilə gətirilən 90 qram qızıl külçə aşkarlanıb (FOTO)

Şarja–Bakı reysi ilə gətirilən 90 qram qızıl külçə aşkarlanıb (FOTO)

Tarix: 13 Dekabr 2025 11:30

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində qızıl külçələrin, mobil telefon, fotoaparat və digər malların qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilir ki, Şarja-Bakı aviareyisi ilə gələn Azərbaycan Respublikası vətəndaşının çantalarına gömrük baxışı həyata keçirilib və gömrük orqanına bəyan edilməyən 2 ədəd mobil telefon, 3 ədəd fotoaparat, 10800 ədəd xarici markalı siqaret, 16 ədəd elektron siqaret, 10 ədəd qida əlavəsi, “Dyson” markalı saç feni və digər mallar aşkarlanıb.

Gömrük nəzarəti tədbirləri zamanı sərnişinin özünü şübhəli apardığı müşahidə olunduğundan “Body-Scan” cihazı vasitəsilə yoxlama həyata keçirilib. Nəticədə həmin şəxsin ayaqqablarından, gödəkçəsinin ciblərindən və ona məxsus mobil telefonun korpusundan xüsusi üsulla gizlədilmiş, ümumilikdə 90 qram qızıl külçə aşkar edilib.

Şarja–Bakı reysi ilə gətirilən 90 qram qızıl külçə aşkarlanıb (FOTO) Şarja–Bakı reysi ilə gətirilən 90 qram qızıl külçə aşkarlanıb (FOTO) Şarja–Bakı reysi ilə gətirilən 90 qram qızıl külçə aşkarlanıb (FOTO) Şarja–Bakı reysi ilə gətirilən 90 qram qızıl külçə aşkarlanıb (FOTO)


Etiketlər:  ŞarjaBakı reysi ilə gətirilən qram qızıl külçə aşkarlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ