Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2025 13:15
Dekabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı
olacağı gözlənilir. Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa
müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Gündüz
tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi gündüz şimal-şərq
küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2 dərəcədən 4 dərəcəyədək , gündüz 4
dərəcədən 6 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 760 mm civə
sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə
80-85%, gündüz 60-65% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,
qara keçəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək.
Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir
güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcədən 6 dərəcəyədək, gündüz 7
dərəcədən 11 dərəcəyədək, dağlarda gecə 1 dərəcədən 6 dərəcəyədək
şaxta, gündüz 0 dərəcədən 5 dərəcəyədək olacaq.