Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2025 10:56
Azərbaycan və Qırğız Respublikası arasında enerji, sənaye, nəqliyyat və digər prioritet sahələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Bu barədə Sonxeber.net Azərbaycan Dövlət Neft Şirkətinnə (SOCAR) istinadən xəbər verir.
Belə ki, Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Anar Məmmədov ilə Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev arasında görüş keçirilib.
Görüşdə “SOCAR Downstream” şirkətinin nümayəndələri, Qırğız Respublikasının hökumət və dövlət qurumlarının üzvləri, eləcə də biznes strukturlarının təmsilçiləri iştirak ediblər.
Müzakirələr zamanı enerji, sənaye, nəqliyyat və digər prioritet sahələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.