Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İdealda baş məşqçi oyunçusu ilə belə bir vəziyyətə düşməməlidir”

“İdealda baş məşqçi oyunçusu ilə belə bir vəziyyətə düşməməlidir”

Tarix: 13 Dekabr 2025 10:22

“Liverpul”un baş məşqçisi Arne Slot komandanın hücumçusu Məhəmməd Salahla bağlı yaranmış vəziyyətə münasibət bildirib.

QOL.az BBC-yə istinadən yaydığı məlumata görə, niderlandlı mütəxəssis bildirib ki, bu durum onu qane etmir:

“Salahla bağlı vəziyyət qətiyyən xoşuma gəlmir. Biz birlikdə çempionluq qazandıq və o, klub üçün çox şey edib. İdeal halda, baş məşqçi oyunçusu ilə belə bir vəziyyətə düşməməlidir. Bu vəziyyət xoşuma gəlmir, amma heyəti formalaşdırarkən klub və komanda üçün ən yaxşı hesab etdiyim qərarları verməliyəm”.

Xatırladaq ki, dekabrın 11-də “Liverpul”un Salaha mümkün əvəzləyici kimi PSJ-nin vingeri Bredi Barkolanı nəzərdən keçirdiyi barədə xəbərlər yayılmışdı. Daha sonra Indykaila News portalı “qırmızılar”ın hücumçusu ilə Səudiyyə Ərəbistanı klubunun maraqlandığını və misirli futbolçuya həftəlik 2,8 milyon avro maaş təklif edildiyini yazıb.

Qeyd edək ki, Məhəmməd Salah bu həftəsonu APL-də “Brayton”la keçiriləcək oyunun heyətinə daxil edilib. O, həftə ərzində Çempionlar Liqasında “İnter”lə matçı buraxmışdı.


Etiketlər:  İdealda baş məşqçi oyunçusu ilə belə vəziyyətə düşməməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ