Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2025 11:36
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan tikinti sektoruna 3,921 milyard manat sərf olunub.
Sonxeber.net bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Bildirilib ki, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 2,7% azdır.
Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 23,5%-ə bərabər olub.
Hesabat dövründə tikinti sektoruna yatırılmış investisiyanın 2,623 milyard manatı mənzil tikintisinə yönəldilib ki, bu da 2024-cü ilin ilk 11 ayındakı göstəriciyə nəzərən 18,8% artım deməkdir.
Dövr ərzində mənzil tikintisi üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 15,7%-ə bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 16,659 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 8,3 faiz artıb.
Ümumi sərmayənin 8,421 milyard manatı və ya 50,6 faizi məhsul istehsalı sahələrinin, 5,614 milyard manatı (33,7 faizi) xidmət sahələrinin, 2,623 milyard manatı (15,7 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 51,1 faizi dövlət, 48,9 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 76,2 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.