Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir klub Elvin Cəfərquliyevə ''elçi düşdü

Daha bir klub Elvin Cəfərquliyevə ''elçi düşdü

Tarix: 13 Dekabr 2025 13:12

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevə daha bir Fransa klubu "elçi düşüb".

Millli.Az xəbər verir ki, "Nant" klubu transfer dəyəri 1,2 milyon avro olan azərbaycanlı futbolçunu yayda heyətinə qatmaq istəyir. 

Liqa-1-də sondan ikinci yerdə qərarlaşan "Nant" heyətini gücləndirərək iddialı olmaq istəyir. Çempionlar Liqasının "Kopenhagen"ə qarşı matçın ən yaxşısı seçilən Elvin Cəfərquliyevin "Nant"ın heyətini qüvvətləndirəcəyi deyilir. 
8 dəfə Fransa çempionu olan "Nant" Elvini əldə etmək üçün Fransanın digər klubu "Lill"lə rəqabət aparmalı olacaq. 

Belə ki, Elvini heyətinə qatmaq istəyən klubların sırasında "Lill" də var. 

Qeyd edək ki, Elvin Cəfərquliyevin "Qarabağ"la müqaviləsi bu yay bitir.


Etiketlər:  Daha klub Elvin Cəfərquliyevə elçi düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ