Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Zirə'' hesabı açdı - Yenilənir

''Zirə'' hesabı açdı - Yenilənir

Tarix: 13 Dekabr 2025 14:10

Bu gün Misli Premyer Liqasında 15-ci tura start verilib.

QOL.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i başlayıb.

Turun açılış qarşılaşmasında "Şamaxı" öz meydanında "Zirə"ni qəbul edəcək. Hazırda paytaxt təmsilçisi 27 xalla 3-cü, bölgə klubu isə 17 xalla yeddinci pillədə qəratlaşıb. Bu komandaların ilk dövrədəki oyununda "Zirə" rəqibini 2:1 hesabı ilə məğlub edib. 

Günün ikinci qarşılaşmasında "Turan Tovuz" doğma stadonda "Sabah"ı sınağa çələcək. 13 oyundan 28 xalı olan paytaxt təmsilçisi turnir cədvəlində ikinci, Tovuz klubu isə 24 xalla beşinci yeri tutur. İlk dövrənin oyununda "Sabah" "Turan Tovuz"a 2 cavabsız qolla qalib gəlib. 

13 dekabr (şənbə)

14:00. “Şamaxı” - “Zirə” - 0:1 (Birinci hissə)

Qol: Georgi Papunaşvili, 8 (0:1)
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Şamaxı şəhər stadionu

16:30. “Turan Tovuz” - “Sabah”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev 
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Tovuz şəhər stadionu

14 dekabr (bazar)

14:00. “Kəpəz” - “Qəbələ”

17:30. “Qarabağ” – “Araz-Naxçıvan”

15 dekabr (bazar ertəsi) 

14:00. “İmişli” - “Karvan-Yevlax” 

19:00. “Neftçi” - “Sumqayıt”

Bombardirlər:
 
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
 
Coy-Lens Mikels (“Sabah”) - 7 qol
 
Toral Bayramov (“Qarabağ”) - 5 qol
 
Aleksandr Ramalinqom (“Sumqayıt”) - 5 qol
 
Karim Rossi ("Şamaxı") - 5 qol


Etiketlər:  Zirə hesabı açdı Yenilənir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ