Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2025 11:51
Paytaxtın Nizami rayonunda talama cinayəti baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rayonun Babək prospektində bir nəfərə məxsus 4680 manat dəyərində inşaat materialları oğurlanıb.
Bildirilir ki, hadisə ilə bağlı zərərçəkən polisə məlumat verib. Nizami RPİ 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Vəliyev və E.Qasımov müəyyən edilərək saxlanılıblar.
Rayon ərazisində yerləşən avtomobil təmiri sexindən isə 1000
manatlıq avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən,
həmin sexdə çalışan əvvəllər məhkum olunmuş P.Allahverdiyev də
saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.