Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İndoneziyada daşqınlardan ölənlərin sayı 1000 nəfərə çatıb

İndoneziyada daşqınlardan ölənlərin sayı 1000 nəfərə çatıb

Tarix: 13 Dekabr 2025 12:32

İndoneziyanın Sumatra adasında daşqın və torpaq sürüşmələri nəticəsində həlak olan insanların sayı 1000 nəfərə çatıb, daha 218-nəfərin adı hələ də itkin düşmüş şəxslərin siyahısında hallanır.

Sonxeber.net xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Milli Təbii Fəlakətlərin İdarəolunması Agentliyi məlumat yayıb.

Məlumata görə, bundan əvvəl qurbanların rəsmi sayı 950 nəfər təşkil edirdi.

İndoneziyada təbii fəlakətlərə yol açan leysan yağışlar noyabr ayının sonlarından davam edir. İzafi suların yaratdığı sel binalara, yollara və infrastruktura ciddi ziyan vurub, xilasedicilərin fəlakət zonasında olan yaşayış məntəqələrinə çıxışını çətinləşdirib.


Etiketlər:  İndoneziyada daşqınlardan ölənlərin sayı 1000 nəfərə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ