Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2025 08:32
ABŞ Prezidentinin nümayəndəsi Stiven Uitkoff bu həftə sonu Berlində Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Sonxeber.net-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, o, 14-15 dekabr tarixlərində Böyük Britaniya, Almaniya və Fransadan olan danışıqçılarla görüşəcək.
Qəzet hesab edir ki, Uitkoffun Berlinə göndərilməsi qərarı Amerika administrasiyasının Vaşinqton və Kiyev arasında sülh müqaviləsinin şərtləri ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq istəyini nümayiş etdirir.