Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azercell” bu xidmətləri də bahalaşdırır

“Azercell” bu xidmətləri də bahalaşdırır

Tarix: 13 Dekabr 2025 09:56

"Azercell" kredit üçün xidmət haqqını artırır.

Sonxeber.net iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Qərar gələn ilin yanvarın 13-dən etibarən qüvvəyə minəcək.

Qərara əsasən, 1 manatlıq simkredit üçün 0,30 manat (indiyədək 0,20 manat), 2 manatlıq simkredit üçün 0,60 manat (indiyədək 0,40 manat), 2 manatlıq simtaksit üçün 0,60 manat (indiyədək 0,40 manat), 3 manatlıq simkredit üçün isə 0,90 manat (indiyədək 0,60 manat) xidmət haqqı tətbiq ediləcək.

Eyni zamanda "Simkredit", "Simtaksit", "Ekstra kredit" və "İnternet kredit" xidmətləri çərçivəsində göndərilən hər sorğuya 0,12 manat haqq tətbiq ediləcək.

İndiyədək isə SimKredit xidmətindən yararlanmaq üçün göndərilən hər bir SMS-in qiyməti 0.08 manat təşkil edib. 


Etiketlər:  Azercell xidmətləri bahalaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ