Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2025 11:10
La Liqa prezidenti Xavyer Tebas "Real"ın baş məşqçisi Xabi Alonsonun istefaya göndəriləcəyinə dair yayılan şaiyələrə münasibət bildirib.
QOL.az xəbər verir ki, o, mütəxəssisi dəstəklədiyini bildirib:
"Mən bu filmi əvvəllər dəfələrlə izləmişəm. "Real" çətinliklərin öhdəsindən gəlməyi bacaran bir klubdur. Xabi Alonsonun "Real" DNT-si var. Buna görə də inanıram ki, Xabi, oyunçular və klub irəliləyəcək. Mən Xabini və "Real"ı dəstəkləyirəm".
Qeyd edək ki, "Real" Çempionlar Liqasının Liqa mərhələsində "Mançester Siti" ilə son oyunda uduzub - 1:2. Komandanın La Liqanın 14-cü turunda "Alaves"ə qalib gəlməyəcəyi halda Alonsonun istefaya göndəriləcəyi yazılır.