Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2025 12:58
Bir neçə gün əvvəl "Nant"dan istefaya göndərilən Luiş Kastronun yeni iş yeri müəyyənləşib.
QOL.az xəbər verir ki, o, "Qremio"nu çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliya təmsilçisi mütəxəssislə 2027-ci ilin sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, "Nant" bu mövsüm keçirdiyi 15 oyunda cəmi 2 qələbə qazandığı üçün Kastro ilə vidalaşmışdı.