Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2025 14:48
Hindistanın Qərbi Benqal ştatının Kəlküttə şəhərində yerləşən “Solt Leyk” stadionunda Argentinalı futbolçu Messinin Hindistan səfəri çərçivəsində təşkil olunan tədbir zamanı iğtişaşlar yaşanıb.
Sonxeber.net bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 85 min nəfərlik tribunası olan stadionda canlı futbol əfsanəsini izləməyə onun minə yaxın fanatı gedib. Tədbirdə iştirak üçün bilet qiymətləri 5,000-25,000 rupi (55 -280 dollar) aralığında dəyişib. Lakin Messi meydana çıxdıqdan sonra onu rəsmi şəxslər, tanınmış simalar və digər VIP qonaqlar əhatəyə alıblar.
Nəticədə tribunada olan, Messini canlı görmək üçün böyük məbləğdə pul ödəyən tamaşaçılar futbolçunu görə bilməyiblər. Azarkeşlər narazılıqlarını əvvəlcə qışqırıqlarla ifadə edib, daha sonra meydana butulkalar, stullar və digər əşyalar atmağa başlayıblar. Təşkilatçılar Messini təcili şəkildə stadiondan çıxarıblar.