Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistandakı azarkeşlər Messi ilə görüşə görə qəzəbləndilər - Video

Hindistandakı azarkeşlər Messi ilə görüşə görə qəzəbləndilər - Video

Tarix: 13 Dekabr 2025 14:44

Hindistanlı azarkeşlər dünya çempionu Lionel Messi ilə Kəlküttədəki "Solt Leyk Stadionu"nda keçirilən görüşün təşkilinə görə qəzəbləniblər.

QOL.az xəbər verilib ki, azarkeşlər tədbirdə iştirak etmək üçün xeyli pul ödəməklərinə baxmayaraq, onun stadionu tez tərk etməsindən narazı qalıblar.

Messinin gedişindən sonra azarkeşlər şüşə və stullar atmağa, hətta maneələri sındırmağa başlayıblar.

Xatırladaq ki, Argentina millisinin hücumçusu həmçinin Kəlküttədə özünün 21 metrlik heykəlinin də açılışını edib. Daha əvvəl xəbər verildiyi kimi, Messi Hindistana səfəri zamanı daha 3 şəhərə - Mumbay, Yeni Dehli və Haydarabada da gedəcək.


Etiketlər:  Hindistandakı azarkeşlər Messi ilə görüşə görə qəzəbləndilər Video


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ