Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neftin qiymətinin həftəlik İCMALI

Neftin qiymətinin həftəlik İCMALI

Tarix: 13 Dekabr 2025 13:48

Bu həftə "Azeri Light CIF", "Azeri Light FOB Ceyhan" və "Dated Brent" markalı neftin orta qiymətləri azalıb.

Sonxeber.net-in məlumatına görə, Azərbaycanın “Azəri–Çıraq–Günəşli” yatağında hasil olunan "Azeri Light CIF" markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 1,42 ABŞ dolları və ya 2,1% azalaraq bir barel üçün 65,07 ABŞ dolları təşkil edib.

Həftə ərzində ən yüksək qiymət 66,00 ABŞ dolları, minimum qiymət isə 64,36 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin orta qiyməti bir barel üçün 63,09 ABŞ dolları təşkil edib ki, bu da ötən həftə ilə müqayisədə 4,88 ABŞ dolları və ya 12% azdır. Həftə üzrə maksimum qiymət 64,07 ABŞ dolları, minimum qiymət isə 62,33 ABŞ dolları olub.

"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3,9 ABŞ dolları və ya 8,7% azalaraq bir barel üçün 35,87 ABŞ dolları səviyyəsində formalaşıb. Həftə ərzində maksimum qiymət 37,35 ABŞ dolları, minimum qiymət isə 34,51 ABŞ dolları olub.

"Dated Brent" markalı neftin orta qiyməti bir barel üçün 62,65 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 1,71 ABŞ dolları və ya 2,7% azdır. Həftə ərzində bu markanın maksimum qiyməti 63,77 ABŞ dolları, ən aşağı qiyməti isə 61,99 ABŞ dolları olub.

Neft / Tarix

08.12.2025

09.12.2025

10.12.2025

11.12.2025

12.12.2025

Orta qiymət

Azeri LT CIF

$66.00

$65.32

$65.23

$64.36

$64.43

$65,07

Azeri Light FOB Ceyhan

$64.07

$63.40

$63.31

$62.33

$62.36

$63,09

Urals (EX NOVO)

$37.35

$36.41

$36.09

$34.99

$34.51

$35,87

Dated Brent

$63.77

$62.82

$62.58

$61.99

$62.09

$62,65


Etiketlər:  Neftin qiymətinin həftəlik İCMALI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ