Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2025 12:57
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 13-də Səudiyyə Ərəbistanı Krallığına səfərə yola düşür.
Bu barədə Sonxeber.net-ə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, səfərdən məqsəd Krallığın paytaxtı Ər-Riyad şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak etməkdir.
14 dekabrda keçiriləcək BMT Sivilizasiyalar Alyansının XI Forumu “Çoxqütblü dünyada bəşəriyyət naminə dialoqda qarşılıqlı hörmət və anlaşmanın yeni erası” mövzusuna həsr olunub.
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə mötəbər forumda iştirak edən Şeyxülislam A.Paşazadə məruzə ilə çıxış edəcək. Forum çərçivəsində QMİ sədrinin bir sıra ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulur.