Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2025 09:21
Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində anım tədbiri keçirilib.
Bu barədə Sonxeber.net-ə Səfirlikdən məlumat verilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun büstünün önünə əklil qoyulub.
Tədbir zamanı Ümummilli Liderin Azərbaycan xalqı və dövlətinin tarixində oynadığı müstəsna rol, müasir Azərbaycanın qurulması və möhkəmləndirilməsindəki əvəzsiz xidmətləri, eləcə də zəngin və müdrik dövlətçilik irsi xüsusi vurğulanıb.
Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin 1982-ci ildə Meksikaya nümayəndə heyətinin rəhbəri kimi rəsmi səfərinə dair video-reportaj nümayiş etdirilib. Nümayiş olunan materialların Azərbaycan Televiziyasının Qızıl Fonduna aid nadir arxiv görüntülər olduğu vurğulanıb. Bu səfərin Azərbaycan–Meksika münasibətlərinin tarixi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.