Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2025 10:04
Çin Xalq Respublikası iki peyk daşıyan“Kuaizhou-11” daşıyıcı raketinin uğurlu buraxılışını həyata keçirib.
Sonxeber.net bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, buraxılış Pekin vaxtı ilə saat 09:08-də (Bakı vaxtı ilə 05:08) ölkənin şimalında yerləşən Tsyutsyuan kosmodromunda həyata keçirilib. “Kuaizhou-11” raketi üçün bu, sayca dördüncü missiyadır.
“Di’er-5” adlı sınaq kosmik aparatı və “Xiwang-5-2” süni peyki orbitə uğurla çıxarılıb.
Bərk yanacaqla işləyən, dörd mərhələli Kuaizhou-11 raketi Çin Aerokosmik Elm və Sənaye Korporasiyası tərəfindən yaradılıb. Onun uzunluğu 25 metrdən artıqdır və aşağı Yer orbitinə 1,5 tona qədər faydalı yük daşımaq imkanına malikdir.