Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb - DİN

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb - DİN

Tarix: 13 Dekabr 2025 10:15

Dekabrın 12-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Sonxeber.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 260, o cümlədən borclu şəxs qismində axtarışda olan 238 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.


Etiketlər:  Cinayət törətməkdə şübhəli bilinən nəfər saxlanılıb DİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ