Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan və ABŞ arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Azərbaycan və ABŞ arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Tarix: 13 Dekabr 2025 09:36

Azərbaycan və ABŞ arasında enerji sektorunda əməkdaşlıq imkanları müzakirə edilib.

Sonxeber.net xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.

“Vaşinqtonda ABŞ ticarət nazirinin köməkçisi və Xarici Ticarət Xidmətinin baş direktoru Devid L. Foqel ilə səmərəli görüş keçirdik. Azərbaycanın geniş və şaxələndirilmiş regional enerji təchizatı planları və layihələrinin icrasında, həmçinin potensial sahələrdə ABŞ şirkətləri ilə əməkdaşlıq imkanlarına dair müzakirələr apardıq”, - paylaşımda qeyd edilib.

Xəbər yenilənəcək


Etiketlər:  Azərbaycan ABŞ arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ