Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mbappe, Holand və Yamal dünyanın ən bahalı futbolçuları siyahısında

Mbappe, Holand və Yamal dünyanın ən bahalı futbolçuları siyahısında

Tarix: 13 Dekabr 2025 07:56

"Transfermarkt" portalı İspaniya La Liqasında çıxış edən futbolçuların bazar qiymətlərini yenidən nəzərdən keçirib.

Sonxeber.net-in məlumatına görə, “Real Madrid”in hücumçusu Kilian Mbappenin transfer dəyəri 200 milyon avro olaraq müəyyən edilib.

Bu göstərici fransız futbolçunu dünyanın ən bahalı üç oyunçusu sırasına daxil edir.

“Mançester Siti”nin forvardı Erlinq Holand və “Barselona”nın cinah oyunçusu Lamin Yamal da Mbappe ilə eyni məbləğdə dəyərləndirilir.

Onları ən yaxından izləyən futbolçu isə “Real Madrid”in hücuma meyilli yarımmüdafiəçisi Cud Bellingemdir. Onun transfer qiyməti 160 milyon avro təşkil edir. Qeyd edək ki, son yeniləmədə ingilis futbolçunun dəyəri 20 milyon avro azaldılıb. Bundan əvvəl Bellingemin bazar dəyəri 180 milyon avro idi.


Etiketlər:  Mbappe Holand Yamal dünyanın bahalı futbolçuları siyahısında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ