Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mbappenin transfer dəyəri artdı

Mbappenin transfer dəyəri artdı

Tarix: 12 Dekabr 2025 23:48

"Real Madrid"in hücumçusu Kilian Mbappenin transfer qiyməti qalxıb.

Sonxeber.net xəbər verir ki, futbolçunun transfer dəyərini "Transfermarkt" portalı açıqlayıb.

Portal Mbappeni 200 milyon avro qiymətləndirib. Beləliklə, onun dəyəri 20 milyon avro artıb.

Fransız forvard dəyər baxımından "Barselona"dan Lamin Yamal və "Mançester Siti"dən Erlinq Haalandla bərabərdir. Bu üç futbolçu dünyanın ən bahalı futbolçularıdır.

Onlardan əlavə, dünyanın ən bahalı oyunçuları beşliyinə "Real Madrid"in iki futbolçusu - Cud Bellinqem və Vinisius Junior daxil olub.

Bellinqhem 160 milyon avro, Vinisius isə 10 milyon avro az qiymətləndirilir.


Etiketlər:  Mbappenin transfer dəyəri artdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ