Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2025 17:14
İngiltərənin "Liverpul" klubunun ulduz hücumçusu Məhəmməd Salah yenidən Səudiyyə Ərəbistanı nəhənglərinin hədəfindədir.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, Asiyanın aparıcı klublarından biri misirli futbolçuya hekayəvi məbləğdə müqavilə təklif edib.
İddialara əsasən, adı açıqlanmayan klub Salah üçün həftəlik 2,8 milyon avro maaş verməyə hazırdır. Bu isə illik təxminən 137 milyon avro deməkdir.
Rəsmi təsdiq olmasa da, ərəb klublarının 32 yaşlı hücumçunu transfer etmək istəyinin davam etdiyi bildirilir.
Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ildən "Liverpul"un heyətində çıxış edir və komandanın aparıcı futbolçularından biri hesab olunur.
Hüseyn