Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2025 14:58
Mövsüm ortasından əvvəl "Beşiktaş"da heyət dəyişiklikləri gözlənilir.
Sonxeber.net xəbər verir ki, baş məşqçi Sergen Yalçının hesabatına əsasən, Feliks Uduokhai, Jonas Svensson, David Jurasek və Rafa Silva ilə yollar ayrılacaq. Klub bu addımla yanvar transfer pəncərəsində yeni oyunçular üçün yer açmağı planlaşdırır.
David Jurasekin "Benfika" ilə icarə müqaviləsinin ləğvi üzrə danışıqlar davam edir. Rafa Silvanın isə 5-6 milyon avroluq təklif gəldiyi təqdirdə komandadan ayrılacağı və ödənilməmiş ödənişlərdən imtina edəcəyi gözlənilir.
"Beşiktaş" mövsüm ortasındakı transfer pəncərəsinə sürətli başlanğıc etməyə hazırlaşır.